Bu gün Milli Teleradio Şurasında ədəbi dil normalarına riayət edilməsi sahəsində teleradio yayımçılarının proqramlarının monitorinqlərinin nəticələrinə dair konfrans keçirilir.
Qafqazinfo.az xəbər ki, hesabatda ədəbi dil qaydalarını pozan aparıcıların siyahısı təqdim olunub.
"Öz aramızda"nın aparıcısı Zaur Baxşəliyev 29.05.2015 tarixindəki verilişdə ədəbi dil qaydalarını pozur:
"Bu studiyaya müraciət edənlərin böyük (böyüx) əksəriyyəti etinasızlıqdan, diqqətsizlikdən, Qasım müəllim, siz təsəvvür eləyin, siz özünüz nə qədər seyr eləmisiz ki, studiyamıza gələn insanlar olur ki, hansı ki, eşitmə qüsurlu nə qədər insanlar var".
""Öz aramızda" - Zaur Baxşəliyev - 29.05.2015 (saat 18:45:17) - Biz davam eliyirik (eliyirix)".
"Qadına görə" - Vüsalə Əlizadə - 16.10.2015-12:11:43 - Səhər tezdən evdən çıxır, ta sübdənnən (sübhdən) axşama kimi iş başındadır".
"Həkimsən" - İlhamə Bədəlova - 13.10.15 -12:23:24 - Buyün (bu gün) bir çoxları səhv başa düşür. Biz məsləhət görürük ki, piylənmədən əziyyət çəkən insanlar buyün (bu gün) bariatrik əməliyyata müraciət eləsin".
Hesabatda leksik normaları pozan aparıcıların adları da qeyd olunub:
"Sən tək deyilsən"- Xoşqədəm Hidayətqızı - 09.09.15- 16:29:38 - layiq olduğu sayğı".
"Günə baxan"- Elgiz Əkbər- 15.10.15- 10:01:57- yenilik acısından edirik bunu, yoxsa..."
"ATV xəbər" - Turan İbrahimov- 28.05.2015- 08:04:14- Bakı Ali Neft Akademiyasında (Məktəbində) həyəcanlı anlar yaşandı. Partlayış güclü yanğınla müşahidə (müşayiət) olundu
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub