Xalq artisti Aygün Kazımova hər kəsi çaşdıracaq addım atıb.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, müğənni Vaqif Gərayzadənin doğum gününü fərqli şəkildə təbrik edib. Belə ki, o, 2002-ci il, 5 may tarixində Heydər Əliyev sarayında keçirilən özünün “Gələrsiz, görərsiz” konsertindən görüntülər paylaşıb.
Bu görüntülərdə onun küsülü olduğu Əməkdar artistlər Röya Ayxan, Tünzalə Ağayeva, müğənnilər Elnarə Xəlilova, Natavan Həbibi, Samir Bağırov da olub.
Kazımova paylaşımın şərh bölməsində ürək sözlərini “Doğum gününüz mübarək, Vaqif Gərayzadə. Ey mənim dünyam, yaxşı ki, varsınız, yaxşı ki, varıq!” sözləri ilə ifadə edib.
Aygünün paylaşımına Natavan Həbibi “Gözəl qız” şərhini yazıb. Bir digər rəy isə müğənni Elnarə Xəlilovadan gəlib. O, “Nə gözəl vaxtlar, qırx dəfə baxdım” deyə fikir bildirib.
Kazımovanın bu addımı isə izləyicilər tərəfindən təqdirəlayiq addım kimi qiymətləndirilib. Röya Ayxan cəbhəsindən isə paylaşımla bağlı heç bir reaksiya gəlməyib.
Tünzalə Ağayevadan isə hər hansı bir rəyin gəlməsi gözlənilən deyil, çünki dünən Əməkdar artistin atası dünyasını dəyişib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub