"Atamın ölümündən artıq 45 gün keçib. Bu mənim içimdə heç vaxt sağalmayacaq yaradır. Mən ölkə xaricində olan konsertlərimin vaxtını dəyişə bilməzdim. Bunun üçün gərək həmin ölkədə bir neçə gün qalıb işləri həll edərdim. Amma yas sahibi olaraq evdə olmalıydım.
Bakı konsertinin vaxtını isə məkanın qrafikinə görə dəyişə bilməzdik. Çünki burada demək olar ki, hər həftə bir tədbir baş tutur".
Mynews.az primetime.az-a istinadla xəbər verir ki, bu sözləri ötən gün paytaxt klublarından birində konsert verən müğənni Damla deyib.
İfaçı onu qınayanlara da səslənib:
"Bu həyatda kimsə qınadığı şeyi yaşamadan dünyadan köçməz. Ona görə də heç kim məni qınamasın. Mən səhnəyə şənlənmək üçün çıxmıram. Necə ki, siz hər gün işə gedib aylıq maaş alırsınız, mən də buna işim kimi yanaşıram.
Məni qınayanlara da haqq qazandırıram. Amma onlar da düşünsün ki, mənim arxamda ləğv olunan hansısa tədbirimin təzminatını ödəyəcək adam yoxdur.
Məni qoruyan və dəstək olan insanların yetəri qədər həyat təcrübəsi var. Onlar özlərini mənim yerimə qoyurlar. Amma dar düşüncəli insanlar deyir ki, sən 40 gün gözləmədin. Valah o sözü yazanların valideynləri ya qocalar evində, ya da ümumiyyətlə bir-biri ilə münasibətləri yoxdur.
Bilsəm ki, oxumasam atam yanıma qayıdacaq, həmişəlik susaram".
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub