Ötən bayram həftəsində Xalq artisti Aygün Kazımova Gürcüstanda canlı konsert proqramı ilə çıxış edib.
Mynews.az xəbər verir ki, Marneuli şəhərində sevənləri ilə görüşən Aygün Kazımova onu alqışlamaqdan yorulmayan minlərlə pərəstişkarına öz sevilən mahnılarını təqdim edib.
Tamaşaçılar isə müğənninin canlı ifasını böyük coşğu ilə qarşılayıblar. Konsert proqramını Gürcüstan televiziyaları işıqlandırıblar.
Qeyd edək ki, Xalq artisti bu günlərdə Belarusun paytaxtı Minsk şəhərində də canlı konsert proqramı ilə çıxış etmişdi. Görünür, sənətçi ölkə hüdudlarından kənarda da fəaliyyətini genişləndirir.
Aygün Kazımova dayanmadan çalışması ilə də gənc həmkarlarına meydan oxuyur. Sənətçi hazırda bir neçə yeni layihə hazırlayır. Aygün Kazımovanın növbəti səfərinin hansı ölkəyə olacağı indidən sevənlərini maraqlandırır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub