Müğənni Emin Ağalarov Rusiyanın Kemerovo vilayətində yerləşən əyləncə mərkəzindəki baş vermiş yanğında həlak olan 64 nəfərin ailəsinə maddi yardım edib.
Mynews.az xəbər verir ki, Emin bu barədə sosial media hesabında məlumat verib.
O, beş şəhərdə verdiyi konsertdən əldə etdiyi 5 milyon rubl gəliri faciə qurbanlarının ailələrinə göndərdiyini bildirib.
“Kemerovoda baş vermiş dəhşətli faciəyə biganə qalmaq qeyri-mümkündür. Buna görə yanğından sonra köməyə ehtiyacı olan qurbanların və yaralanan şəxslərin ailələrinə pul yardımı etmək qərarına gəlmişəm.
Beş şəhərdə konsert vermişəm və hər bir konsertdən bir milyon rubl gəlirim olub. Bu konsertlər onsuz da xeyriyyə məqsədi daşıyırdı. Dostlarla bərabər 15 milyon rubl toplamışıq və pulu Müslüm Maqomayev adına Fonda göndərmişik”.
Qeyd edək ki, E.Ağalarov bu gün Tümendə planlaşdırılan konsertini təxirə salıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub