Müğənni Nura Suri kommunal xidmətlə bağlı problem yaşayıb.
BiG.AZ xəbər verir ki, ifaçının yaşadığı ərazidə qazın kəsilməsi onu özündən çıxarıb. Müğənni 8 ildir eyni problemlə qarşılaşmaqdan bezdiyini söyləyib. N.Suri bildirib ki, ölkə başçısı kommunal xidmətlərlə bağlı göstəriş versə də aidiyyatı qurumlar bu tapşırığa laqeyd yanaşır:
"Xətai rayonu, Banək prospektində qazı kəsiblər. Ölkə başçısı hər dəfə çıxışlarında bu kimi problemlərin aradan qaldırılmasına aid tapşırıqlar versə də, hələ problemlər olduğu kimi qalıb. 8 ildir bu ərazidə ayda ən azı 2 dəfə qazı kəsirlər. Guya hardasa təmir işləri gedir. Təmir 8 ildir gedir, amma düzəlmir?! Kommunal xidmətlərin qiyməti arta-arta gedir, amma mövcud problemlər aradan qaldırılmır".
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub