Tanınmış model Çağla Şikel vergidən yayındığı üçün üç ildən beş ilədək həbs olunması xəbərinə münasibət bildirib.
Mynews.az xəbər verir ki, model bu barədə “Instagram” hesabında yazıb:
“Hörmətli media nümayəndələri, bugünədək vergiləri vaxtında ödəyən vergi ödəyicisi olmuşam. Ancaq keçmiş mühasibim Erdal Doğan vergiləri azaldaraq, oğurluq edib. Bunu yalnız vergi orqanlarından xəbərdarlıq gələndə bildim.
Haqqımda İstanbul Cümhuriyyət Baş Prokurorluğuna şikayət edilib. Ancaq bununla bağlı vəkillərim lazımi işləri görür.
Xəbərsiz olduğum halda, mənə cəza kəsilməsi düzgün deyil. Buna görə çox rahatam. Bundan sonra vergi məsələləri ilə özüm məşğul olacam və vergiləri vaxtında ödəyəcəm”.
Qeyd edək ki, Şikel bir müddət əvvəl də bir milyon lirəyədək (təxminən 500 min manat) vergi borcu ilə üzləşmiş, buna görə mühasibini günahlandıraraq ondan şikayət ərizəsi vermişdi. Modelin mühasibi Erdal Doğan isə hələ də axtarışdadır.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub