"Azad Azərbaycan" 106.3 FM radiosu ötən həftə maraqlı bir layihəyə imza atdı. “Gedirəm” layihəsi xalq artisti İlhamə Quliyevanın xatirə gününə həsr edilib.
Layihə çərçivəsində 106.3 FM xüsusi bir disk buraxıb. Diskdə İlhamə Quliyevanın 10 ən sevilən mahnısı estradamızın məşhur müğənniləri tərəfindən yenidən aranjıman olunaraq, ifa edilib. “Gedirəm” layihəsində Nadir Qafarzadə, Mətanət İsgəndərli, Elza Seyidcahan, Günay İbrahimli, Lalə Məmmədova, Zamiq Hüseynov, Nuri Sərinləndirici və Ceyn, Elnarə Xəlilova, Çinarə Məlikzadə və pianoçu Fərid Kərimli iştirak ediblər.
Mynews.az Metbuat.az-a istinadən xəbər verir ki, “Gedirəm” diskində yer alan ən maraqlı mahnılardan biri isə İlhamə Quliyevanın şəxsi arxivindən, heç yerdə səsləndirilməyən musiqisi Xanım İsmayılqızına, sözləri Nigar Rəfibəyliyə məxsus “Tərki dünya kimi” mahnısıdır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub