"Lazım olsa, onu yazdığı bəstədən məhrum etdirərəm, ağıllı olsun..." Rəqsanədən bəstəkara İSMARIC

897
"Lazım olsa, onu yazdığı bəstədən məhrum etdirərəm, ağıllı olsun..." Rəqsanədən bəstəkara İSMARIC

Mynews.az Big.az-a istinadən xəbər verir ki, Xalq artisti Aygün Kazımova ilə müğənni Rəqsanə İsmayılova arasında "Hardasan" adlı mahnıya görə qalmaqal yaşanıb.

Mahnının bəstəkarı İsmayıl Əsədov Rəqsanənin mahnını lazımi qədər sevdirə bilməməkdə günahlandırıb. Məsələ ilə bağlı R.İsmayılova danışıb. İfaçı üzünü İ.Əsədova tutaraq onu yalan danışmaqda ittiham edib:

"İsmayıl çox yekə danışmasın. Rəqsanə haqqında çox danışanlar sonda dizin-dizin üzr istəyir. Ona ürəyim ağrıyır, bu sıraya qatmaq istəmirəm.

Öncəliklə onu demək istəyirəm ki, bu mahnı bir layihə üçün hazırlanıb. Uzun müddət bundan öncə Gülağa Tənha layihə eləmişdi ki, onun şeirlərindən oxuyan və ən çox səs toplayan müğənniyə hədiyyə verilir. Mən Gülağanın şeirlərindən birini götürüb İsmayıl Əsədova təqdim etdim ki, mahnı bəstələsin.

Mən aranjemana pul verməmişəm. Mahnı və aranjemanla birlikdə 3 min dollar pul vermişəm. Bu hadisə 7-8 il öncə yaşanıb. Biz mahnını mp3-ə yüklədik. Hətta onu da qeyd edim ki, iTunes-a da yerləşdirmişik".

R.İsmayılova onu da qeyd edib ki, mahnını Aygün Kazımovadan sonra yox, əvvəl oxuyub:

"İsmayıl mənə müraciət etdi ki, biz mahnını Aygünə vermək istəyirik. Mən isə həmin ərəfədə qərara gəlmişdim ki, bütün köhnə aranjemanda olan mahnılarımı yeni aranjemanda tamaşaçılara təqdim edim və etdim də. Hazırda mahnılarımız İstanbulda aranjemandadır. Bu söhbətdən dostumuz Rəhim Rəhimli də xəbərdar olub. Rəhimlə Aygün mənə zəng vurub xahiş etdilər ki, mən facebook, instagram, youtube-dan mahnını yığışdırım. Mən isə cavabında dedim ki, Aygün belə edərdi? Əlbəttə ki, yox. Mən də mahnımı heç yerdən silmirəm və silmək də fikrim yoxdur".

Rəqsanə bildirib ki, özünü xoşbəxt müğənni hesab edir.

"Mən səhnəyə gələndə indi mənim repertuarıma müraciət edənlər vaxtilə məni bəyənmirdi. Bu gün Azərbaycanın xalq artistinin belə mənim mahnıma müraciət etməsi Azərbaycan səhnəsindəki boşluqdan xəbər verir. Çünki iki ildir Azərbaycanda yoxam, görürəm ki mahnı qıtlığı yaranıb. Rəqsanə kimlərəsə çörək qazandıracaqsa, buna görə özümə təşəkkür edirəm.
İsmayıl başından yekə danışmasın, onu peşman edərlər, ağıllı olsun".

Rəqsanə sonda onu da qeyd edib ki, özünü kiminləsə reklam etməyə ehtiyacı yoxdur:

"Pulum, qazancım, arxamda duran ərim var. Qaldı ki, İsmayıla, lazım gəlsə onu yazdığı bəstədən məhrum etdirərəm".

Xəbər lenti