"Bir gecəlik görüşərəm" demişdi, Murada xəyanət etdiyi üzə çıxdı - VİDEO

819
"Bir gecəlik görüşərəm" demişdi, Murada xəyanət etdiyi üzə çıxdı - VİDEO

Bu yaxınlarda "Bir gecəlik görüşərəm" deyən stilist Eliz Sakuçoğlu bir zamanlar sevgili olduğu Murat Boza yaraşıqlı aktyor Engin Öztürklə xəyanət edib.

T.Y. adlı şahid "Mən heç kimə xəyanət etmədim" deyən Eliz Sakuçoğlunun dörd il öncə sevgilisi Murat Bozu aldatdığını iddia edib. Boz həqiqəti öyrəndiyi zaman Sakuçoğlundan ayrılıb.

"XƏYANƏTİ QƏBUL EDƏRƏM" DEMİŞDİ

Sakuçoğlu bu yaxınlarda verdiyi bir müsahibədə "Təkarvadlılığa inanmıram. Aldadılmağı hər nə cür olsa da qəbul edərəm" deyib. Bu açıqlamasına görə sərt reaksiya ilə qarşılaşan Sakuçoğlu bu açıqlamanı edib: "Nə bir gecəlik münasibəti müdafiə etdim, nə də aldadılmağı normal saydım. Xeyr, mən aldatmadım. Ona görə də aldatmağa insanı nə məcbur edə bilər, bilmirəm. Bir gecəlik münasibət də yaşamadım. Bir gecə klubunda kimdənsə xoşum gəlib, belə bir addım atmaram".

T.Y-nin iddiasına görə, Sakuçoğlunun sözləri həqiqəti əks etdirmir: 

"Sakuçoğlu Bozla sevgiliykən Çeşmədəki "Otto Beach"də Öztürklə eşq yaşayıb, hətta məşhur aktyorla sahildə bir çox insanın gözü önündə də öpüşüb. Hadisənin şahidləri arasında Bozun keçmiş köməkçisi də var idi".

T.Y.-nin dediyinə görə, Sakuçoğlu-Öztürk yaxınlaşmasının təməli Nişantaşındaki bir kick-boks salonunda qoyulub.

EYNİ OTAQDA QALIBLAR

Eyni zala gedən Öztürk və Sakuçoğlu Çeşmə tətilinə gəlmək üçün İstanbulda sözləşib. Çeşməyə Bozun maşınıyla rəfiqələri ilə birlikdə gedən Sakuçoğlu oteldə Öztürk ilə eyni otaqda qalıb.

T.Y.: "Mən o zaman Eliz Sakuçoğlu və Murat Bozun ayrıldığını düşündüyüm üçün gördüklərimin üstünə düşmədim. Ancaq sonra xəbərləri oxuyunca, bu vəziyyət məni çox narahat etdi" deyib.

milli.az

Xəbər lenti