Türkiyəli ifaçı Can Bonomonun başına iş gəlib.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, hakerlər müğənninin 2011-ci ildə həyatını itirən anasının “Facebook” hesabını hekləyiblər.
İfaçıya anasının hesabından mesaj yazan hakerlər ondan 10 min avro pul istəyiblər:
“Oğlum, necəsən? Bu, özəl sirrimiz olsun. Burada insanlarla əlaqə qurmaq haqqımız var. Mən yaxşıyam. Ölmədən öncə birinə borcum var idi. Sənə hesabını versəm, ora 10 min avro ödəyə bilərsən? Günəş kimi parlaq ol. Sənin anan...”
Hakerlərin ona yazdığı mesajı sosial media hesabında paylaşan Bonomo fikirlərini belə ifadə edib:
“Xərçəng səbəbilə dünyasını dəyişən anamın “Facebook” hesabını hekləyərək ölmədən öncə dost olduğu insanlardan və ailəsindən pul dilənən məxluq. Təmiz qəlbli insanlar görsünlər ki, nəyə nəzərən daha yaxşıdırlar. Pis insanlar gülüb keçsinlər, qəzetlərinə yazıb satsınlar. Haralara gəldik?”
Qeyd edək ki, Can Bonomo Türkiyəni “Eurovision” müsabiqəsində təmsil etdikdən sonra tanınmağa başlayıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub