Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Qayınatam məni aldadıb sənədlərə qol çəkdirdi" - Anarın keçmiş arvadı

Reper Anar Nağılbazın keçmiş həyat yoldaşı Anjelika qayınatası Rizvan Cəbiyev tərəfindən aldadıldığını iddia edib.

Mynews.az-ın məlumatına görə, Axşam.az-a açıqlama verən Anjelika ona yalandan sənədlərə qol çəkdirildiyini bildirib:

"Rizvan bəy yanıma gəldi ki, uşaqlarına ev də verəcəm, onların alimentini də ödəyəcəm. Anarı məhkəmədən narahat edirlər, aliment ödəmədiyi üçün tez-tez çağırırlar. Mənə sənədlər verdi ki, buna qol çək, guya aliment ödənilib. Mən də bu kişiyə inandım. Keçmiş millət vəkili olub, qanun yazıb, necə inanmaya bilərdim? Məni aldadıb sənədlərə qol çəkdirdi. Sənəddə də yalan sözlər yazılıb. Anarla 2 ildi ayrılmışıq, ötən ilin sentyabrnda rəsmi boşanmışıq. Sənədlərdə yazılıb ki, ötən ilin fevralından mənə aliment ödənilir. Necə ola bilər? İndi mənə aliment ödənmir". 

Anjelika deyib ki, qarşı tərəfdən tək istəyi övladları üçün ev verilməsidir:

"Onlar öz uşaqlarını düşünmürlər. Mənim tək istəyim evdir, uşaqlarımla qala biləcəyim bir yer olsun. Kirayəyə verdiyim pulu isə övladlarımın yeməyinə xərcləyə bilim. Bir ana kimi ancaq bunu düşünmüşəm. Ailə var ki, uşaqdan ötrü nələr çəkir, edir. Anar iki gül kimi balasına yaxın durmur. Sonuncu dəfə uşaqlarını ARB kanalına çəkilişə gedəndə görüb. Heç bayramda da nə özü, nə ailəsi gəlib maraqlandı. Yad insanlar Anarın uşaqlarına dəstək olur. Dəfələrlə şikayət etmişəm, amma keçmiş qayınatam adamlarını göndərib, işi burub. Pensiyaçı kişinin qızıyam, arxamda duran adamım yoxdur. Sadəcə dövlətə sığınmışam, qanunla nəsə etməyə çalışıram. Rizvan müəllim müraciət etdiyim yerlərə zəng vurdurub, haqqımı verməmək üçün hər şey edir".

Anjelika Anarın səhhətində heç bir problem olmadığını, yalandan xəstəlik xəbərləri yaydığını söyləyib:

"Söz-söhbətdən qaçmaq üçün yalandan aparıb xəstəxanaya yatırırlar. Heç bir problemi yoxdur".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...