Lalədən ona "baltalayaram" deyən Röyaya barışıq jesti

866
Lalədən ona "baltalayaram" deyən Röyaya barışıq jesti

Əməkdar artistlər Lalə Məmmədova ilə Röya Ayxan barışıb.

Mynews.az-ın məlumatına görə, barışıq addımını L.Məmmədova atıb. O, İnstaqram səhifəsində Röya və Elnarə Xəlilova ilə olan arxiv şəklini paylaşaraq səmimi sözlər yazıb:

“Necə də maraqla başımızı salıb baxırıq. Eliş, bizə nə göstərirdin orada? Ağzıaçıq qalmışıq, konserti də unutmuşuq”.

Lalə paylaşımına Röya və Elnarəni işarələyib. Onun paylaşımına Röyadan da cavab gəlib. Müğənni şəklə “Saç düzümümdən bilinir ki, hələ ərdə deyildim” sözlərini yazıb.

Məmmədova isə ona “Həmişəki kimi söz tapdın. Sən həmişə kreativ olmusan” cavabını verib.

Fotoya İradə İbrahimovanın da reaksiya verməsi diqqət çəkib. Müğənni bu günlərdə qalmaqal yaşadığı Röyanın yer aldığı fotoya “əla” və “öpüş” işarələri qoyub.

Qeyd edək ki, Elnarə ilə Röya uzun müddətdir danışmır. L.Məmmədova ilə Röya arasındakı qalmaqala isə onun açıqlaması səbəb olmuşdu. Lalənin Röyanı həmişə eyni janrda oxumaqda günahlandırması qarşı tərəfin xoşuna gəlməmişdi:

“Röyaya deyirəm ki, gəl başqa janrda oxu. Onun da günahı yoxdur, bəstəkarlar eyni tərzdə mahnılar təqdim edir. Onun səsi ilə daha çox və maraqlı işlər etmək olar”.

L.Məmmədovanın “Qonaq gəl bizə” proqramında dediyi bu sözlərə Röya “Müğənninin bir tərzi olar. Kim deyir ki, üzünə demişəm janrını dəyiş, yalan danışır. Qorxularından bunu üzümə heç vaxt deyə bilməzlər, baltalayaram” cavabını vermişdi.

Tərəflər arasında bu yaxınlarda yenidən qalmaqal baş verib. İ.İbrahimova heç bir müğənnimizin Türkiyə şou-biznesində məşhurlaşa bilmədiyini demişdi. O, Röyanın orada havayı külli miqdarda pul xərclədiyini söyləmişdi. Onun sözlərinə Röya sərt reaksiya vermiş, L.Məmmədova isə İradənin tərəfini saxlamışdı.

Xəbər lenti