Taksi sürücüsünün qızı Miss England gözəllik müsabiqəsində yarışacaq ilk hicablı qız olacaq.
Mariya Mahmud adlı 20 yaşlı qız gözəlliyi sayəsində yarımfinala qədər gələ bilib. Əgər, o, qalib olsa, "Dünya gözəli" müsabiqəsində iştirak etmək şansı qazanacaq.
Birminqem şəhərində yaşayan Mariya bildirib ki, onun qərarını ailəsi və dostları dəstəkləyir.
Mariya müsabiqənin qalibi olsa, İngiltərə tarixində bir ilk yaşanacaq.
Psixologiya fakültəsinin məzunu olan Mariya müsəlmanların onu qınadığını dilə gətirib.
"Müsəlmanlar haqqında yanlış fikir formalaşdırılıb. Onların terrorizm kimi mənfi yüklü məvhumlarla bağlı olduğu düşünülür. Mənim məqsədim bu fikirləri dəyişməkdir".
Qeyd edək ki, Hammasa Kohistani adlı qız 2005-ci ildə "Miss England" tacı alan ilk müsəlman olub.
milli.az




1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub