Şəbnəm Tovuzlunun gizli sponsoru üzə çıxdı Görün kim imiş... - FOTO

2052
Şəbnəm Tovuzlunun gizli sponsoru üzə çıxdı Görün kim imiş... - FOTO

BŞİH-də "tenderlər kralı" kimi tanınan Ramazan Mirzəyevin Şəbnəm Tovuzlunun gizli sponsoru olduğu iddia edilir.

Uzun müddətdir ki, ölkənin maqazin aləminin gündəmindən düşməyən Şəbnəm Tovuzlu barəsində obyektiv.info-ya ilginc məlumat daxil olub.

İddialara görə, ölkə mediasında Şəbnəm Tovuzlunun həm sponsoru, həm də uşağının atası kimi ad çıxaran Hacı ləqəbli iş adamı paytaxt Bakıda tikinti biznesi və digər sahələrlə məşğul olan "Məmmədoğullar" MMC-nin sahibi Ramazan Mirzəyevdir. Əslən Masallı rayonundan olan Ramazan Mirzəyev Bakı Şəhər İcra Hakimiyyətində "tenderlər kralı" kimi tanınır. Belə ki, uzun müddətdir paytaxt meriyasının keçirdiyi bütün tenderlərin qalibi məhz Ramazan Mirzəyevin şirkətləri olub.

Məlumatda qeyd edilir ki, Ramazan Mirzəyev Şəbnəm Tovuzluya paytaxtda dəbdəbəli mənzil almaqla bərabər, həm də ona gizli şəkildə sponsorluq edir. Ramazan Mirzəyevin müğənni üçün 80 minlik avtomobil aldığı və övladı üçün bank hesabı açdırdığı da gəzən söz söhbətlər arasındadır.

Qeyd edək ki, Şəbnəm Tovuzlu uzun müddətdir uşağının atasını və sponsorunun kimliyini mediadan gizlədirdi. Müğənni özü də açıqlamalarında dəfələrlə bildirib ki, uşağının atası ölkənin biznes sahəsində tanınmış bir iş adamıdır, hacıdır və ailəsi olmasına baxmayaraq onunla dini kəbin kəsdirib.

2016-cı ilin Şəbnəm Tovuzlunun sevgilisi ilə bağlı müsahibəsini olduğu kimi təqdim edirik:

Müğənni Şəbnəm Əsədova (Tovuzlu ) şəxsi həyatı ilə bağlı yayılan şayiələrə aydınlıq gətirib

Baku.ws-in məlumatına əsasən, ifaçı "Həyat tərzi" verilişində bildirib ki o, Hacı adlı şəxslə kəbindədir.

"Mətbuatda mənə layiq olmayan bir şayiəni dərc etdilər. Bütün bunlar isə reklam, oxucu kütləsi toplamaq üçün edildi. Sosial şəbəkədə yazırlar ki, Şəbnəm xanım ailə dağıdır. Mən heç kimin ailəsini dağıtmıram. Bunu hər kəs bilsin. Yoldaşımı şou-biznes nümayəndələri tanıyır. Yəni o özünü reklam etməyi sevmir. Həyat yoldaşım insanlara niyə maraqlı olmalıdır ki? Uşağımın atası yanımdadır. Mən boşanmış insanla ailə qurmuşam. O insan məndən 1 il əvvəl ayrılıb. Ailə dağıtmıram, şəxsi ailəmdir. Birinci ailəm alınmayıb. Düz gəlmədi, ayrıldıq. Bu insanda məni tanımadan bir il qabaq boşanıb. O demək deyil ki, boşanıb, ailəsinə baxmamalıdır. Övladlarına çox gözəl baxır. Biz normal şəkildə ailə qurmuşuq. Toyumuz olmayıb, amma ağsaqqalların iştirakı ilə kiçik qonaqlıq etmişik. Kəbinimiz var".

Şəbnəm Tovuzlunun gizli sponsoru üzə çıxdı - Görün kim imiş... - FOTO

Xəbər lenti