“Bu gün Elxan üçün dünya dümdüzdür. Dünyanın ən xoşbəxt kişisidir ki, mənim kimi arvadı var”.
Mynews.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Elnarə Abullayeva “Zaurla Günaydın” verilişində deyib.
Xanəndə qadın-kişi münasibətlərindən və həyat yoldaşından söz açıb:
“Bir oğlanın hünəri çatmaz desin ki, sən beləsən. Mən cavanlıq etməmişəm. Doğulandan 80 yaşım var. Hər zaman deyirəm ki, Allahın icazəsi ilə evlənmişik. Məhəmmədi artırmaq üçün qadın da, kişi də ailə qurmalıdır. Anam-atamın məsləhəti ilə evlənmişik. Arzuluyardım ki, bütün ailələr bizim kimi olsun. İndi deyirlər ki, sevməsəm olmaz. Sevənləri gördük. Hörmət oldusa, ailə xoşbəxtdir.
Elxanın günü gün deyil. Balaca bir mağazamız var idi. Amma çatdırmadı, uşaqları ora-bura aparır, gətirir. Gördük əlavə işi çatdırmır, onu bağladıq. Çox qısqanc adamam, uşaqlarımı başqasına etibar etmərəm. Amma onu həyat yoldaşı kimi qısqanmıram. Çünki Elxan bütün qadınlara ana-bacısı kimi baxır”.(big.az)
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub