Aktrisa Aysel Nazim şəxsi həyatı ilə bağlı heç yerdə danışmadığı faktları açıqlayıb.
Mynews.az xəbər verir ki, Yenicag.az-a danışan aktrisa başına dəhşətli hadisələr gəldiyini, ona cadu olunduğunu, ailəsinin də buna görə dağıldığını deyib:
"Həyat yoldaşımın yaxın qohumlarından biri paltarımı aldı ki, geyinim, sonra qaytaracam. Paltarımı geri alandan sonra ağır xəstəlik keçirtdim, yatağa düşdüm. Həmin ərəfədə bətnimdəki üçaylıq körpəmi itirdim. Hara gedirdimsə, həkimlər əlac edə bilmirdi. Yuxuda bir nurani insan mənə dedi: "Sənin paltarına cadu olunub ki, xəstəlik tapasan, ailən dağılsın". Həqiqətən də paltarıma baxdım ki, ləkə var, dedilər ki, qurd yağı çəkiblər. Buna görə də ikinci övladıma hamilə olanda hamıdan gizlətdim. Qorxdum ki, yenə cadu edərlər və övladımı itirərəm. Dəfələrlə həyat yoldaşımla aramızda qovğalar yaşandı, bir neçə dəfə ayrılıb-barışdıq. Axırda ailəmiz dağıldı. Amma mənə pislik edən həmin qadının da başına olmazın müsibətlər gəldi, onun da ailəsi dağıldı. Cadu-piti etdirən insan sonda özü də ziyan çəkir".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub