Müğənni Nigar Camal “ATV maqazin onlarla” verilişinin “Hit-parad” rubrikasının qonağı olub.
Mynews.az-ın məlumatına görə, sənətçi küsülü olduğu, ona söz atan müğənnilərdən intiqam alıb.
Nigar ünvanına “Yaxşı KVN-çidir” sözlərini deyən Kərim Abbasovu onuncu edib və ona qəzəbləndiyini gizlətməyib.
Camal Səidə Sultanın “Qarib dünya” mahnısını bəyənməyib və onu doqquzuncu edib. Sənətçi "cəsarətli" adlandırdığı Xatunu səkkizinci yerə layiq görüb.
O, aralarında soyuqluq olan Murad Arifin Dilarə Kazımova ilə duetinin yaxşı alınmadığını deyib və onları yeddinci edib.
Nigar danışmadığı Nura Surini altıncı yerə layiq görüb. O, Samir Cavadzadə ilə onun arasını vurduğunu deyən Nura haqda danışmaq istəməyib:
“Mahnını birinci dəfə eşitdim, bəyəndim. Kim nə düşünür özü bilər. Kim dost olmaq istəyir olsun. Onun haqqında danışmaq istəmirəm”.
Nigar son qalamqallarında ona dəstək olan İradə İbrahimovanı beşinci edib və ona təriflər yağdırıb:
“İradəni çox bəyənirəm. Deyə bilmərəm ki, mahnını da bəyəndim. Amma xanım kimi ona hörmət edirəm.
Natavan Həbibini çox bəyənirəm, yeni stilindən də xoşum gəlir. Onu dördüncü edirəm.
Üçüncü pillədə Günay İbrahimlidir. Mahnıdan xoşum gəldi, ona görə də belə olsun”.
N.Camal Tünzalə Ağayevanı ikinci edib və tədbirlərdən birində onunla görüşməməsindən danışıb:
“Ona salam verməmək düzgün olmazdı. Yəqin ki, görməmişəm. Hər zaman pozitiv xanımdır”.
Sənətçi S.Cavadzadəni birinci edib və “Gözəl səsi var, çox istedadlıdır. Həm milli, həm də başqa mahnıları oxuyur” deyib.
Nigar Samir Piriyevi tanımadığını söyləyib və onu onluqdan uzaqlaşdırıb.
"Hid-parad"da maraqlı məqam isə o olub ki, Nigar qalmaqal yaşadığı Röya Ayxanla küsülü olan sənətçiləri ön sıralara düzüb.