Əməkdar artist Nüşabə Ələsgərli övladlarının həmişə mediadan uzaq olduğunu bildirib.
Mynews.az-ın məlumatına görə, yenicag.az-a açıqlama verən müğənni bunun səbəblərini izah edib:
“Qızım da, oğlum da heç vaxt diqqət mərkəzində olmağı xoşlamayıb, jurnalistlərdən uzaq gəziblər. Bir dəfə toyda qızımla şəklimizi çəkib yaymışdılar. Qızım buna görə çox əsəbiləşdi. Övladlarım reklam olunmağı xoşlamır, deyirlər, “biz ictimai xadim, ya da ulduz deyilik ki, gündəmdə olaq”. Qızım anamın tərbiyəsi ilə böyüyüb. Çox ağıllıdır, ona məsləhət vermək artıqdır. Uşaq vaxtı “aşk yasaq” deyib, qızıma sevməyi qadağan etdim. Ona məsləhətim bu olub ki, oxusun, vaxtını təhsilə ayırsın. Artıq 20 yaşı var, şəxsi həyatını öz seçiminə buraxmışam. Təbii ki, ana kimi mənim də məsləhətimi nəzərə alacaq. Elə oğluma da qadağalarım yoxdur. Hələ 21 yaşı var, evlənmək vaxtı deyil, amma kimi sevib-seçsə, onunla da evləndirəcəm. Çünki ailə qurarkən, sevgi çox önəmlidir. Qarşılıqlı sevgi olmasa, ər-arvad bir-birinə dözməz. İnanıram ki, uşaqlarım ailə quranda seçimlərində yanılmayacaq”.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub