Xalq artisti Afaq Bəşirqızı "Stop" proqramının qonağı olub.
Mynews.az qafqazinfo-a istinadən xəbər verir ki, məşhur aktrisa verilişdə maraqlı açıqlamaları ilə yadda qalıb.
A.Bəşirqızı müsahibəsində ailəsinin toxunulmaz olduğunu, şəxsi həyatı barədə danışmaq istəmədiyini deyib:
"Şəxsi həyatımdan danışmağı sevmirəm. Ailəm toxunulmazdır. Həyat yoldaşımdan, övladımdan, nəvələrimdən danışmağı sevmirəm. Mən bilirəm və sübut edirəm ki, ailəni heç bir şeylə müqayisə etmək olmaz. Ailə sənətdən, bütün sevimli hobbilərdən önəmlidir. Sənət və ailəni eyni zamanda yaşatmağı bacarmalısan. Amma seçim qarşısında qalsam, ailəni seçərəm".
Aktrisa deyib ki, xınayaxdılar təşkil edən, az qonorarla serial çəkilən həmkarlarını qınamır:
"Heç kim heç kimin qapısını döyüb 50 qəpik vermir ki, ac qalma. Heç kimi mühakimə etməyin. Əsl sənətkarın heç vaxt pulu olmayıb. Kim gəlib 255 manata işləyər? O, sənətinin fanatıdır. Amma onun təşəkkürünü dövlət və xalq verir".
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub