Xalq artisti, tanınmış aktyor və rejissor Ramiz Əzizbəyli uzun illər küsülü qaldığı həmkarı, xalq artisti Afaq Bəşirqızı ilə münasibətlərinə aydınlıq gətirib. 2010-cu ildə tərəflər arasında başlanan, amma sonradan səngiyən “soyuq müharibə” belə getsə, deyəsən yenidən alovlanacaq.
Yeniçağ.az-a açıqlama verən R. Əzizbəyli xanım həmkarını heç vaxt bağışlamayacağını deyib:
“Mən illərdir ki, onunla küsülüyəm, danışmıram. Günah özündə olub, çox yuxarıdan getdi, ağzına gələni danışdı. Mənim çəkdiyim filmlə tanındı, uğur qazandı, “Bəxt üzüyü”ndən sonra xalq artisti adını aldı. Heç barışıq addımına ehtiyac da yoxdur, bu, mümkün olan iş deyil”.
Maraqlıdır, bu müddət ərzində xanım həmkarı onun səhhəti ilə maraqlanıbmı? Əzizbəylinin cavabı belə oldu:
“Heç maraqlana da bilməz. Nə badə, Allah eləməsin. Onunla barışıq söhbəti ola bilməz”.
Qeyd edək ki, hər iki sənətkarın bir-birinə düşmən kəsilməsinin səbəbi 1991-ci ildə Ramiz Əzizbəylinin rejissorluğu ilə çəkilən “Bəxt üzüyü” filmidir. Filmdə baş rolu oynayan Afaq Bəşirqızının “Bəxt üzüyü”nə mənə görə baxılır” söyləməsi tərəflər arasında qalmaqal yaradıb. Qəzəblənən Əzizbəyli cavab olaraq, aktrisanı nankorluqda ittiham edib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub