Müğənni Günay İbrahimli yeni foto-layihəsini təqdim edib. Bir müddətdir ki, mediadan uzaq gəzən ifaçı fərqli obrazda kamera qarşısına keçib.
O, “Boho style” yaradaraq fərqli fotolar çəkdirib.
Mynews.az-ın məlumatına görə, Oxu.Az-a açıqlama verən Günay deyir ki, onun haqqında qəribə fikir formalaşıb:
“Təxmini iki ay əvvəl klipimi (“Əllərim darıxmasın”) təqdim etdim və bir qədər kənara çəkildim. Televiziya proqramlarına az çıxdım, yeni layihələrimə vaxt ayırdım. Amma bu müddət ərzində dedilər ki, Günay batıb, yoxa çıxıb.
Düşünün, ən işlək sənətçi haqqında belə fikirlər səsləndirirlər. Bəlkə də, iki ay özəl mahnı çıxarmamağım onları bu nəticəyə gətirdi.
Nəhayət ki, işlərimizi təqdim etməyə başladıq. İndi sizinlə yeni fotosessiyamı bölüşürəm. “Boho style” adlanan foto-layihəmiz üzərinə böyük komanda çalışıb. Obrazım üzərində Zümrüd Mirzəliyeva, Lamiyə Ağababayeva və Aygün çalışıb. Bir neçə həftə sonra isə iddialı mahnı və klip sizi gözləyir”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub