Müğənni Nadir Qafarzadə erməni vizajistə əsəbiləşib.
Mynews.az-ın məlumatına görə, Anjelika Abramyan adlı erməni qız “Maral” mahnısının erməni dilində oxunan versiyasını səsləndirib və rəqs edib. Vizajit kimi fəaliyyət göstərən Anjelika görüntünü İnstaqram səhifəsində paylaşıb və “Maral”ı erməni mahnısı adlandırıb:
"Sizin istəyinizlə erməni mahnısı. Oxuyur Tiqran Asatryan, "Tanem-tanem"..."
Onun paylaşımını səhifəsində yerləşdirən Nadir qəzəbləndiyini bildirib:
“Utanmaz-utanmaz yazıb ki, erməni xalq mahnısı. Oğurluq bunların alnına və taleyinə yazılıb. Bu, sizin mahnınız deyil, türk xalq mahnısıdır”.
Abramyanın paylaşımına azərbaycanlı istifadəçilər də şərh yazıb və onu oğurluqda ittiham ediblər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub