Bu gün “Space” telekanalında yayımlanan “Onda başladıq” verilişinin qonaqları tanınmış jurnalist Elçin Əlibəyli, Kəramət Böyükçöl, meyxanaçı Oqtay Əliyev, Samirə və başqaları olub.
Mynews.az xəbər verir ki, Kamran Həsənlinin aparıcılığı ilə baş tutan verilişdə Oqtay Əliyevlə Samirənin oxuduğu meyxana müzakirəyə səbəb olub. Söhbət əsnasında Samirə bu gün televiziya kanallarında oxunan mahnıların 95 faizinin meyxana olduğunu bildirib. Elə bu söhbət Elçin Əlibəylini özündən çıxarıb.
“Elə biabırçılıq ondadır da. Mən sosial şəbəkələrdə televizya haqqında yazılanda əsəbləşirəm, televiziyanı müdafiyə edirəm. Mən elə yazdıqlarıma görə utandım, həqiqətən müdafiyəyə ehtiyac yoxdur. Siz efirə gəlmisiz. Bu efir mahnısıdı? Bu efirdə ifa olunan mahnıdı? Heç olmasa tamaşaçıya hörmətiniz olsun! Toyda gedin nə istəyirsiniz edin! Bu axı efirlik mahnı deyil. Nə sözün mənası var, nə də musiqi. Tamaşaçını siz nə yerinə qoymusunuz? Tamaşaçını bu qədərmi axmaq hesab edirsiz ki, gəlib bu oyundan çıxırsız səhnədə?".
1
Təhsil infrastrukturu yenilənməyə davam edir - FOTOLAR
585 dəfə oxunub
2
Şəhid hərbçinin övladı faciəli şəkildə öldü - TƏFƏRRÜAT
541 dəfə oxunub
3
Azərbaycan Albaniyanı təbrik etdi
518 dəfə oxunub
4
Əli Əsədov yeni qərar imzaladı
513 dəfə oxunub
5
Zəngilana növbəti köç karvanı yola salındı
508 dəfə oxunub