“Esquire” jurnalı 2018-ci ilin ilk dörd ayında böyük ekranlara çıxan ən yaxşı filmlərin onluğunu hazırlayıb.
Oxu.Az xəbər verir ki, reytinqdə birinci yerdə Natali Portmanın baş rolda çəkildiyi “Annihilasiya” adlı elmi-fantastik film qərarlaşıb.
Populyarlığına görə ikinci yerdə “Sən heç vaxt burada olmamısan” adlı triller gəlir. Filmdə baş qəhrəmanı canlandıran Xoakin Feniks Amerikalı senatorun qızını xilas etməyə çalışır.
İlk üçlüyü Endi MakDauelin iştirak etdiyi “Ard-arda məhəbbət” romantik melodraması tamamlayır.
Onluğa eyni zamanda İranın çəkdiyi “24 kadr” adlı sənədli film, “Paddinqtonun sərgüzəştləri 2”, “Qara pantera”, “Paranormal hal”, “Sevimli ölkə”, “İtlər adası” və “Noyabr” filmləri daxil edilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub