Xalq artisti Flora Kərimova maraqlı açıqlaması ilə diqqət çəkib.
Mynews.az xəbər verir ki, məclislərin birində başına gələn əhvalatı Oxu.Az-a danışan sənətçi döyülmə təhlükəsi ilə üzləşdiyini bildirib:
“Məclislərin birində qonaq idim. Çıxış etmək üçün mənə söz verdilər. Məclisi olan adamın da qızı var idi. Çıxışımda dedim ki, qızı olmayan adam sonsuzdur.
Bu sözləri deyib, mənim üçün ayrılan masada əyləşdim. Həmin vaxt çox ac idim. Gördüm ki, bir qadın əlini belinə qoyub hirsli-hirsli mənə doğru baxır. Yanımdakından soruşdum ki, qadın mənə niyə əsəblə tamaşa edir?! Cavab verdilər ki, həmin xanımın üç oğlu var”.
Kərimova qeyd edib ki, qadının ona hirsli baxması Xalq artistini qorxudub:
“Elə baxır ki, sanki məni döymək istəyirdi. Köməkçimə dedim ki, məni buradan çıxar. Qorxumdan o məclisdə oturmadım”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub