Stilist Samiraldonun həyatı haqqında bir sıra məlumatlar üzə çıxıb.
BiG.AZ xəbər verir ki, Samiraldo ləqəbi ilə tanınan stilistin əsl adı Samir, soyadı isə Əliyevdir. Yaşını gizlədən Samiraldonun əslində 43 yaşı olduğu deyilir. Məlumata görə, həkimlər onun normal uşaq olmadığını valideynlərinə bildirirlər. Anası ondan imtina edir və həkimlər onu körpələr evinə verir. 15 yaşında internatdan ayrılan Samir illərlə səhərlər tikiş fabrikində, axşamlar isə çörək zavodunda işləyir. İllər sonra mənəvi anasının himayəsinə keçən Samiraldo həyatını bu sözlərlə izah edir:
"Samir Əliyev 10, 20, 70 kiloluq un daşıyırdı, 1-2 manat pul alırdı. İndi isə adi mağazanın açılışında lent kəsir, min manat alır".
Samiraldo müsahibələrinin birində "Əgər biz kişiliyi zorlamada, qadına söz atmaqda, qadını təhqir etməkdə görürüksə, onda mən tüpürüm o kişiliyə" sözləri ilə gündəmə gəlmişdi.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub