"ARB Ulduz" un "Virtual Həyat" verlişinin növbəti qonağı müğənni Rəvan Qarayev olub.
"Tək səninəm" mahnısını, əslində, səsləndirmək istəməməsindən danışıb:
"Mənə görə "vizit kartım" "Tək səninəm" mahnısıdır. Mən bu ifanı heç oxumaq istəmirdim. Albom çıxarmaq istəyirdik. Bütün mahnıları oxudum. Bu ifa sona qalmışdı. Oxuyub-oxumamaqla bağlı çox götür-qoy etdim. Oxudum. Heç bir mahnı sevilmədi. Ancaq "Tək səninəm" çox sevildi".
"Bu gecə" mahnımda da özümü qətiyyən görmürdüm. Mənim formatım deyildi. Səs diapazonu tələb edən mahnıları bəyənirəm. İfalarımın hamısı səs tələb edən mahnılardır. Burda elə yüksək səs tələb olunmadığına görə həmin mahnıda özümü görmürdüm, amma sevildi".
Üçüncü dəfə ailə qurmaq niyyətinin qətiyyən olmadığını etiraf edən Rəvan Qarayev bundan sonra həyatını övladlarına həsr edəcəyini söyləyib:
"Övladlarıma baxıram. Bundan sonra qızlarım üçün yaşayacam. Tək yaşayıram. Üçüncü dəfə evlənmək fikrim yoxdur. Deməyəcəkdim, amma açıqladım. Ailə qurmaq fikrim qətiyyən yoxdur. Çünki artıq qızlarım böyüyür. İki qızım var. Fikrimi onlara yönəltmək istəyirəm. Mənim yaşımda evlənmirlər ki. Ancaq mən iki dəfə evli olmuşam".
Rəvan Qarayevlə olan geniş reportajı bu bazar saat 13-də "Şou məkan" verilişində izləyə bilərsiz.
1
İlham Əliyev 85 milyon vəsait ayırdı - SƏRƏNCAM
836 dəfə oxunub
2
Keçmiş icra başçısı vəfat etdi
819 dəfə oxunub
3
Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR
807 dəfə oxunub
4
Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq
805 dəfə oxunub
5
Əməkdar artisti Əli Əliyev vəfat edib
804 dəfə oxunub