Azərbaycanlı ekstrasens Zirəddin Rzayevin şəxsi “İnstagram” səhifəsində İlhamə Quliyeva ilə çəkdirdiyi fotonu paylaşması müzakirələrə səbəb olub.
Fotoda ekstrasensin hamam xalatında olması birmənalı qarşılanmayıb.
Mynews.az xəbər verir ki, bu haqda Yenicag.az-a açıqlama verən mərhum sənətkarın oğlu Orxan Nadirov anasını müzakirə edən insanlara qəzəblənib:
“O foto Zirəddinin evində çəkilib, həmin vaxt anamla onlara qonaq getmişdik. Hamı bilir ki, anamla Zirəddin yaxın dost olub, anam onu balası qədər çox istəyib. O fotonu da Zirəddinin xanımı çəkib, burda nə var axı, bu qədər şişirdilir. Anam sənətkar olub, indi haqq dünyasındadır. Onu qəbirdə sakit buraxın. Anamın ailə dostu ilə çəkdirdiyi fotoya don geyindirib, müzakirə etmək ayıbdır. Qələt edib dünyasını dəyişən adamın fotosunu müzakirə edirlər”.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub