Müğənni Samira Allahverdi "Səhər yeməyi İlahə ilə" verilişinin qonağı olub.
Mynews.az-ın məlumatına görə, aparıcı İlahə Nizamiqızı sənətçiyə şəxsi həyatı ilə bağlı sual ünvanlayıb. Aparıcının "Həmişə hər yerə həyat yoldaşınla gedirdin. Son zamanlar tək görünürsən. Boşanmısınız" sualı Samiranı əsəbiləşdirib.
İfaçı aparıcıya "Keçdik, növbəti suala. Şəxsi həyatla bağlı suallara heç nə cavab verməyəcəm" sözlərini deyib.
Samira oğlunun onu qısqandığını etiraf edib:
"Harasa gedəndə saat neçədə qayıdacağımı soruşur. Bu da normaldır. Mənə İnstaqramda hər zaman xoş sözlər yazırlar. Mən buna görə şərh yerini bağladım. Göz hər şeyə təsir edir".
Qeyd edək ki, Nail Naiboğlunun "Səhər yeməyi İlahə ilə" layihəsi "Youtube" kanalında yayımlanır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub