Müğənni Natavan Həbibi həmkarı Xatun Əliyevanın onun ünvanına dediyi “anakonda” sözünə münasibət bildirib.
Mynews.az-ın məlumatına görə, sənətçi bununla bağlı sualları cavablandırmayacağını deyib. Natavan Xatunu ələ salıb və bildirib ki, bu cür söz-söhbətlər onu gündəmdə saxlayır:
“Lal deyiləm ki, istəsəm danışardım. Deyirlər, Natavan özündən razıdır, "mən-mən" deyir. Fərqimiz elə budur ki, mən özümdən, onlar da məndən danışırlar. Nə qədər istəyirlər danışsınlar. Mənim gündəmimi illərdir saxlayanlar var. Heç nə etmirəm, görürsüz ki, onlar edirlər. İşləyirəm, amma mənə kömək edirlər. Onlara pul ödəyirəm. Hamısına ayda bir dəfə kanvert gedir ki, çıxıb haqqımda danışsınlar (gülür). Hamısına icazə verirəm danışmağa”.
Qeyd edək ki, Xatun "ATV maqazin onlarla" verilişində Natavanı "anakonda" adlandırmışdı. Sənətçi bildirmişdi ki, Natavanla bir vaxtlar yaxın olublar, amma sonra araları dəyib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub