Jurnalisti döyən şəxsin anası DANIŞDI "Oğlum nazirin yaxını ilə birgə jurnalisti döyüb"

861
Jurnalisti döyən şəxsin anası DANIŞDI "Oğlum nazirin yaxını ilə birgə jurnalisti döyüb"

Xəbər verdiyimiz kimi, dünən səhiyyə naziri Oqtay Şirəliyevin göstərişi ilə jurnalist Famil Fərhadoğlu (İbrahimov) döyülüb. Hadisə səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun dəfn mərasimində baş verib. Belə ki, Yasamal qəbiristanlığında mərhumun dəfn mərasimini lentə alan Famil Fərhadoğlu nazirin işçilərinin hücumuna məruz qalıb. Unikal.org saytının əməkdaşı üz və qol nahiyyəsindən xəsarət alıb. Həmçinin, mobil telefonu əlindən alınaraq, sındırılıb. Hadisə ilə bağlı KİV-lərdə xəbər yayımlandıqdan sonra Səhiyyə Nazirliyi dərhal açıqlama verib. Nazirlik baş verənləri üzərindən ataraq, hadisənin mərhum nazir müavininin qohumları tərəfindən törədildiyini bildirib.

Məsələ ilə bağlı araşdırma aparan Bizim Yol saytı jurnalisti döyən şəxsin kim olduğunu tapa bilib. Belə ki jurnalist Famil Fərhadoğlunu döyən şəxs Azərbaycan Respublikası Milli Məclisi Aparatının Sosial qanunvericilik şöbəsinin müdir müavini vəzifəsində çalışmış, mərhum Təyyar Tağı oğlu Paşayevin oğlu Riyad Paşayevdir. O hazırda dövlət orqanlarından birində çalışır və vəfat edən Abbas Vəlibəyovun yaxın qohumudur. Amma məsələ bununla bitmir.Çünki jurnalisti döyən şəxslər iki nəfər olub və onun telefonunu da elə ikinci şəxs alaraq sındırıb. Bizim Yol onun da adının müəyyən edib.

Jurnalisti döyən Riyad Paşayevin anası Validə Paşayeva saytımıza açıqlama verərək jurnalistin oğlu və səhiyyə naziri Oqtay Şirəliyevə yaxın olan Namiq adlı şəxs tərəfindən döyüldüyünü təsdiq edib. Validə Paşayevə bu barədə geniş açıqlama vermək istəmədiyini bu barədə oğlu ilə danışmağı məsləhət edib. Oğlu Riyad Paşayev isə telefonlara cavab verməyib.

Bildirək ki, jurnalist Famil Fərhadoğlunu döyən Riyad Paşayevin anası Validə Paşayeva da Səhiyyə Nazirliyində çalışır.O saytımıza açıqlamasında özü bunu təsdiq edib.

Xəbər lenti