""Əməkdar artist" adı əllərindən alınsın" Aybəniz Haşımovaya SƏRT REAKSİYA

992
""Əməkdar artist" adı əllərindən alınsın" Aybəniz Haşımovaya SƏRT REAKSİYA

Əməkdar artist Aybəniz Haşımova İlham Əliyeva etdiyi çağırışla diqqət çəkib. Belə ki, özünün şəxsi "instagram" səhifəsində prezident İlham Əliyeva müraciət edərək internet portallarının bağlanmasını istəyib. Bu xəbər axşam.az saytında gedəndən sonra əməkdar artist səhifəsində dəyişiklik edərək sosial şəbəkələrinin hamsının bağlanmasını istədiyini vurğulayıb. Aybəniz Haşimovanın bu açıqlaması bir çox sayt rəhbərlərinin narazılığına səbəb olub.

Əməkdar artistin bu açıqlaması media rəhbərləri və redaktorları tərəfindən də birmənalı qarşılanmayıb. 

Mynews.az xəbər verir ki, Sonxeber.Az saytı məsələ ilə bağlı media rəhbərlərinin fikirlərini öyrənib. Onların fikirlərini oxucularımıza təqdim edirik.



Faktor.az saytının baş redaktoru Əziz Əlibəyli: "Aybəniz xanım gözəl sənətkardır. İstedadlı insandır, ömrünün xeyli hissəsini Azərbaycan incəsənətinə həsr etmiş şəxsdir. Narahatlığını başa düşmək mümkündür. Sadəcə, açıqlamadan da görünür ki, sosial şəbəkədə təhqir ediblər və xanım müğənni hissə qapılaraq bütün internet məkanına aid resursları qara siyahısına salıb. Şəxsi profillərdən, Youtube pleyrindən, və yaxud digər sosial şəbəkə hesablarından təhqirlərin qarşısını almaq mümkün deyil. Üstəgəl, bir də dəqiq ünvana malik saytların bağlanmasını tələb etmək nə kimisə təhqirdən xilas edə bilməz, nə də bu, hansısa ölkəyə üzağlığı gətirə bilməz. Ən azından KİV haqda qanuna görə də şəxslərdən heç kim sözügedən saytlarda təhqir olunmaz. O ki, qaldı sosial şəbəkəyə, onunla nəinki Aybəniz xanım, artıq Markın özü də bacarmır. Çalışmaq lazımdır ki, elə hərəkət edəsən, söyüş sahibi, təhqir ünvanı olmayasan".



Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Respublikanın Əməkdar Jurnalisti, "Bizim Yol" qəzetinin baş redaktoru Bahəddin Həzi: Aybəniz xanım sonuncu cümləsində kimləri nəzərdə tutduğunu açıqlayıb. Həm də o qədər qeyri-ciddi sözdür ki, mənə yaraşmır buna rəy bildirmək.



Azxəbər.az saytının redaktoru Hacıbəy Heydərli: Çox təəsüf ki, Azərbaycan oxucusu xəbərin başlığına baxıb, fikir bildirirlər. Çox vaxt söhbətin nədən getdiyi, təfərrüatları oxunmur. Əslində, Aybəniz xanım bu sözləri durduqdan yerə bir anda deməyib. Faktdır ki, bu gün sosial şəbəkələrdə tanınmış simalara, ictimai-xadimləri, siyasətçilərə, millət vəkillərinə qarşı qara pr kampaniyaları aparılır və istənilən şəxs haqda söyüş, təhqir yazılır. Kimliyi bilinməyən profillər, facebook və instagram səhifələri, hətta hüquqi ünvanı olmayan xəbər saytları da çoxalıb. Düşünürəm ki, Aybəniz xanım da məsələyə məhz bu aspektdən yanaşıb. Çünki insanların psixoloji durumu eyni olmaya bilər, bəlkə də kim isə təhqiri, söyüşü normal qəbul edir, ancaq həssas insanlar buna birmənalı yanaşa bilməz. Siz kiçik bir monitorinq aparın və görün ki, müxtəlif səhifələrdə məşhurlar haqda nələr yazırlar. Məncə bundan sonra onlara da haqq qazandıra bilərik. Ümumilikdə xəbər saytlarının hamısının bağlanması isə əlbəttə ki, mümkün olan bir şey deyil. Aybəniz xanım sadəcə bu açıqlaması ilə müəyyən bir qrupu nəzərdə tutub.



Big.az saytının redaktoru Rövşən Əsədov: Aybəniz Haşımova dəyərli sənətçilərimizdəndir, əməkdar artistdir. Amma onun bu titulu ona imkan vermir ki, titulundan sui istifadə edərək internet portallarının bağlanması üçün ölkə başçısına çağırış etsin. Ölkə başçısının başı seçkilərə qarışsa da ölkədə gedən bütün proseslərdən, hətta saytlarda yayımlanan bütün materiallardan məlumatı var və mütəmadi aidiyyatı insanlar tərəfindən məlumatlandırılır. Əgər bağlanılması zərurəti yaransa Aybəniz xanımdan heç bir məsləhət və rəy alınmayacaq. Biz də çox şey istəyirik, istəyirik ki, bir çox həmkarlarınızın "Əməkdar artist" adı əllərindən alınsın, amma görürsünüzmü həyat heç də bizim istəklərimiz üzərində qurulmayıb. Əgər Aybəniz xanımı konkret olaraq kimsə, hansısa jurnalist əsəbiləşdiribsə fikrini və iradını konkret şəxsə ünvanlaya və hadisəyə geniş şərh və izahat verə bilərdi. Ümumi danışmaq el sənətkarına uyğun davranış deyil. Sabah ölkəmizdə prezident seçkiləri baş tutacaq. Bildiyiniz kimi bu gün "Sükut günü"dür. Düşünürəm ki, el sənətçisi olan Aybəniz xanım da sükutu pozmasa çox yaxşı olardı. Hər kəsin seçkilərə kökləndiyi ərəfədə bu cür paylaşımlarla şəffaf suyu bulandırmaq məqbul olmaz.



İnterpress.az və diaspor.az saytlarının baş redaktoru Toğrul Allahverdi: "Əvvəla, onu demək istərdim ki, Aybəniz xanım Azərbaycanın sayılıb seçilən sənət adamlarındandır. Mənim də sevimli müğənnilərimdən biridir. Daima dinlədiyim müğənnilərdən biridir. Aybəniz xanımın vətənpərvərlik mövzusunda bir neçə musiqi əsərləri vardır. Eyni zamanda, Aybəniz xanım Qarabağda gedən döyüşlərdə canından keçmiş şəhidin xanımıdır. Bir şəhid xanımı olaraq da ona böyük hörmət bəsləyirik. Şəxsən olaraq, mənim Aybəniz xanıma sevgi və sayğım sonsuzdur. Ancaq çox təəssüf hissi ilə qeyd edirəm ki, Aybəniz xanım belə bir açıqlama ilə çıxış edib. Çünki, belə bir açıqlamanı verməkdən ötrü ən azından bu işin sahibi və mütəxəssisi olmalısan.

Çox təəssüflər olsun ki, Aybəniz xanımın sözügedən açıqlaması ilə tanış olduqdan sonra gördüm ki, hörmətli müğənnimiz bunu heç bir arqumentlə əsas gətirmədən təklif edir. Məlum məsələdir ki, təhqir və söyüşdən istifadə edən insanlar cəzalandırılmalıdır. Ümid edirəm ki, həmin şəxslər vaxt gələcək qanun çərçivəsində cəzalandırılacaqlar. Amma bütün xəbər saytlarının və sosial medianın bağlanmasının təklif edilməsi, zənnimcə, çox yanlış bir düşüncədən doğan təklifdir. Hesab edirəm ki, Aybəniz xanım sosial medianın bağlanbmasını təklif etməkdənsə, Azərbaycanın efirin məkanınə zəbt edən bayağı müğənni və musiqilərdən söz açsın. Çünki, bu, həm də onun ixtisasına uyğun olardı. Eyni zamanda, Aybəniz xanım xəbər portallarının bağlanması ilə bağlı səsləndirdiyi fikirlərə sərf etdiyi zamanını vətənpərvərlik mövzusunda yeni mahnıların ərsəyə gətirilməsi üçün sərf etsə, daha yaxşı olardı.

Çünki, hər bir insan maksimum öz sahəsinin mütəxəssisidir. Bir daha qeyd edirəm ki, mən Azərbaycanda sosial medianın bağlanmasına qarşıyam. Azərbaycanda sosial medianın bağlanması onsuz da ölkəmizə qarşı həyata keçirilən çirkin kampaniyaların geniş vüsət almasına gətirib çıxarır. Seçki öncəsi Aybəniz xanım tərəfindən belə bir açıqlamanın verilməsi təəssüfləndiricir. Tanımasaydım, hesab edərdim ki, Aybəniz xanım bunu qəsdən edib. Amma Aybəniz xanımı tanıdığım üçün düşünürəm ki, o, kimlərinsə acığına və yaxud da, əsəbləşərək belə bir status paylaşıb.

Azərbaycanda heç bir sosial medianın bağlanmasındna söhbət gedə bilmıəz. Çünki, Azərbaycan hüquqi dövlətdir, Azərbaycanda mətbuat azadlığı var, söz azadlığı var. Cənab Prezidentimiz çıxışında da bildirib ki, jurnalistlər mənim dostlarım, yardımçılarım, köməkçilərimdir. Hətta özləri də bilmədən mənə yardımçı olurlar. Hesab edirəm ki, sosial şəbəkələrin, sosial medianın, xəbər saytlarının bağlanmasını təklif edənlər ölkə başçısına düşmən mövqe sərgiləyirlər. Biz, əslində, sosial media sahəsində inkişaf etməliyik. Çünki, biz bu gün düşmənlərimizlə, eyni zamanda, informasiya müharibəsi də aparırıq. İnformasiya sahəsində daha da irəliləməkdən ötrü, düşmənə sarsıdıcı informasiya zərbələri endirməkdən ötrü biz bu sahənin inkişafına çalışmaılyıq. Bu gün dünya infoirmasiyaları sosial media vasitəsilə əldə edir. Qəzet, jurnal demək olar ki, oxunmur. Çünki, kompüter və internet əsridir.

Hesab etmirəm ki, Azərbaycanda hansısa müğənninin sosial medianın baölanması təklifini etməsi ciddi bir müzakirəyə çevrilsin. Təbii ki, XXI əsrdə Azərbaycanda sosial media olmasa, ölkəmiz üçün bərbad vəziyyətlərin meydana gəlməsi geniş vüsət alacaq. Mənim fikrim ondan ibarətdir ki, Aybəniz xanımıən bu fikrinin üzərindən sakitcə ötüb keçmək lazımçdır. Çünki, Aybıniz xanım bizim dəyərli ziyalı müğənnilərimizdəndir. Sadəcə olaraq, bayaq dediyim ki, ola bilsin ki, kimsə Aybəıniz xanımı əsəbləşdirib və o da belə bir status yazmaqla əsəbini, hirsini soyutmağa çalııışıb.

Əgər, bu fikri söyləyən Aybəniz xanım deyil, başqası olsaydı, o zaman mən də, həmkarlarımı həmin təklifi irəli sürəni ölkə mediasında boykot etməyə çağırardım. O zaman, həmin müğənni bunun ona qarşı nə qədər ziyanla ölçüldüyünü dərk edərdi. Çünki, bu gün müğənniləri toya dəvət edən şəxslər sosial media vasistəsilə müğənnilərimizin musiqi duyumundan xəbərdar olurlar".

Xəbər lenti