Cazibədar aktrisa Gülşən Hüseynli şəxsi həyatı ilə bağlı açıqlamalar verib.
Mynews.az bildirir ki, əkscinsin nümayəndələri tərəfindən sevgi təklifləri aldığını deyən aktrisa yenicag.az-a açıqlamasında onların çoxunu cavabsız qoyduğunu bildirib:
"Sosial şəbəkələrdə fotomu paylaşmağımı gözləyirlər, o saat başlayırlar komplimentlərə. Hələ o şəkil biraz açıq-saçıq olsa, lap dəli olurlar. Kişilər yazır ki, çox cazibədarsan, çox seksualsan, gözəl ayaqların var, baxışların adamı yoldan çıxarır. Mənimlə sevgili olmaq istəyirlər. Onlara elə gəlir ki, pulludurlarsa, deməli, məni əldə edə biləcəklər. Heç də belə deyil. Oğlan gərək mənim ürəyimə yata ki, onunla sevgili olum. Seçdiyim kişi mütləq diqqətli, mehriban, alicənab olmalıdır".
Özünü gözəl qadın sayan aktrisa qadınların ona paxıllıq etdiyini deyib:
"Uzunboy və uzunayaqlı olmağımı çoxları həzm edə bilmir. Paxıllığımı çəkən qadınların sayı həddən artıq çoxdur. Hətta yanımda durub şəkil belə çəkdirmək istəmirlər. Açıq şəkildə etiraf edirlər ki, yanında kompleksə düşürük. İndi günah məndə deyil ki, Allah məni belə gözəl yaradıb".



1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub