Xəbər verdiyimiz kimi, dünən Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dərəcələrinin parametrlərinə həsr olunmuş mətbuat konfransı keçirib.
Elman Rüstəmov konfransda jurnalistlərin əhalinin dollarla olan kreditləri barədə suallarını da cavablandırıb: "Köhnə kreditlər məsələsi hökumətin diqqətindədir".
"Müvafiq araşdırmalar aparılır. Yəqin ki araşdırmalar bitəndən sonra qərar qəbul oluna bilər",-deyə Mərkəzi Bankın sədri vurğulayıb.
Qeyd edək ki, Prezident seçkiləri öncəsi dollar krediti olanlara müəyyən güzəştlərin ediləcəyi ilə bağlı mətbuatda yazılar yayımlanırdı, ancaq hələlik bir nəticə yoxdur. İnsanların çoxu ümidlə gözləyir.
Banklara xeyli miqdarda krediti olanlar təkcə sadə insanlar deyil, onların arasında tanınmışlar da var. Onlar ayrı-ayrı vaxtlarda sosial şəbəkədəki səhifələrində, saytlara müsahibələrində, televiziyalara açıqlamalarında bunu dilə gətiriblər.
Yeri gəlmişkən, onu da qeyd edək ki, dolların bahalaşacağı ilə bağlı son vaxtlar əhali arasında məlumatlar yayılır, ekspertlər və rəsmilər isə bunu təkzib edirlər.
Bəs Azərbaycanda tanınmışlardan kimlər banka kredit ödəyirlər?
1. Millət vəkili Tahir Kərimli: "Bankda kredit borcum var. Krediti dollarla götürmüşdüm".
2. Ədalət Şükürov: "Kreditim var, manatla götürmüşəm".
3. Rəqqasə Fatimə: "Maşın almaq üçün kredit götürmüşdüm, hissə-hissə ödəyirəm".
4. Səidə Sultan: "İnsan bütün ayı kredit stressi ilə yaşayır. Ayın sonu çatmamış növbəti ayın ödənişi gəlir".
5. Millət vəkili Elman Məmmədov: "Əvvəllər maşın almaq üçün kreditim olub, indi yoxdur".
6. Səməd Səmədov: "İnsanların 90 faizi kredit ödəyir. Ona görə də müğənniləri toylara çağırmırlar. Millətin vəziyyətinə baxıb, onunla ayaqlaşıram".
7. Abbas Bağırov krediti olduğunu açıqlayıb.
8. Yaşar Yusub: "Kreditim əvvəl olub, indi yoxdur".
9. Lalə Məmmədova 2 banka borcunun olduğunu bildirib.
10. Yeganə Mürsəlova: "Evimi kreditlə götürmüşəm".
11. Yaşar Cəlilov: "20 min dollardan çox kreditim var".
12. Xuraman Şuşalı: "Vaxt var idi ayda 3 min manat ödəyirdim. İndi borcum yoxdur".
13. Günay İbrahimli: "Maşınım kreditdədi, 40 min manat kreditim var".
14. Aysel Əlizadə: "20 min manata yaxın kreditim var".
15. Emil Bədəlov: "Kreditim var, amma məbləği çox deyil".
16. Müğənni Rəqsanənin də kreditinin olduğu bildirilir. Müğənni yaxın qohumlarından birinə məxsus Biləcəri qəsəbəsində yerləşən bina evini "Dəmirbank"a girov qoyaraq 50 min dollar kerdit götürüb. Müğənni krediti götürdükdən sonra müqavilədə yazıldığı kimi vəsaiti hissə-hissə qaytarmaqdan imtina edib və vəsaitin üstünə faizlər gəlib. Nəticədə ümumi borc 73 min dollara qalxıb. "Dəmirbank" Rəqsanəni Səbail rayon məhkəməsinə vermişdi".
17. İzzət Bağırov: "Xalq artistindən tutmuş adi müğənniyə qədər demək olar hamının banklara borcu var".
18. Mənzurə Musayeva: "Kimin banka bu gün borcu yoxdur ki?"
19. Röya: "Banka borcum var".(yeniavaz.com)