Məşhur aktyor Fərda Xudaverdiyev boşanıb.
Mynews.az XƏBƏRÇİ.AZ-a istinadən xəbər verir ki, Aktyorun ailəsinin dağılmasına səbəb onun eks həyat yoldaşı Günel xanıma xəyanət etməsi olub. Xəyanətə dəfələrlə göz yuman Günel xanım sonda bezərək uşaqlarını da götürərək evi tərk edib. Evi tərk edən məşhurun xanımı məhkəməyə müraciət edib.
Məsələni dəqiqləşdirmək üçün Fərda Xudaverdiyevlə əlaqə saxladıq. Çəkilişdə olduğunu bildirən məşhur cavabını bizə sms-lə yolladı. Jurnalistlərdən incikliyini belə biruzə verən aktyor məsələ barədə nə “hə”, nə də ki, “yox” dedi:
“ Həqiqətən çox təşəkkür edirəm ki, Şafak Sezer kimi Türkiyəmizin komediya ustası ilə görüşümüzü diqqətdə saxlamısınız, bu bir azərbaycanlı jurnalist olaraq sizin uğurunuzdur. Bakımızda qalada olan Ahmet Kural, Murat Cencir ilə görüşümüz ise diqqətinizden qaça bilməzdi, amma mən bunu da yüksək qiymətləndirirəm. Azərbaycanımızı yüksək səviyyədə təmsil etmekdən qürur duyduğum kimi, eyni duyğularla mənə qoşulan hər bir vətəndaşım mənim baş tacımdı. Hər zaman bax belə əl-ələ, qəlb- qəlbə ...”.
Qeyd edək ki, Fərda Xudaverdiyev 2010-cu ildə Günel xanımla ailə həyatı qurmuşdu. Onların bu evlilikdən Mətin və Amin adlı iki oğulları var.