Şou-biznes nümayəndələri bu dəfə çəkilərindən danışıblar.
Mynews.az xəbər verir ki, "Xəzər maqazin" tanınmışlara bununla bağlı sual ünvanlayıb.
Sevda Yahyayeva: "Bilmirəm nə qədərəm. Bədən ölçülərim boyuma və çəkimə uyğundur. Kökəlməyə çox meyilliyəm. Çəkim 56, boyum 165-dir. 3 kiloqramı üç ildir ata bilmirəm".
Telli Borçalı: "46 razmer paltar geyinirəm, bu da məndə kompleks yaratmır".
Fatimə Fətəliyeva: "Hər zaman qaçgaqaçdayam. Amma dadlı yeməkləri xoşlayıram. İndi kökəlmişəm. İndi 92-70-100 ölçüdəyəm".
Natavan Həbibi: "Toydan əvvəl arıqlamağa başlamışdı. Sonra öz-özünə bu proses baş verir. Rahatam, ürəyim nə istəyir geyinirəm. Çoxlu su içirəm və yemirəm. XS ölçüsünə çatmışam".
Nura Suri: "Bədən ölçüsü məndə tez-tez dəyişir. Yayda arıqlayıram, qışda kökəlirəm. İndi 93-72-92 ölçüdəyəm".
Günay İbrahimli: "Dəqiq ölçüləri bilmirəm, amma 2,5 kiloqram arıqlamışam. 36 ölçü belə libas geyinirəm. Əslində isə 38 ölçüdəyəm. Ölçüm 100-70-90-dır".
Elnarə Xəlilova: "Bundan sonra podiuma çıxacam? Heç məndən arıqlamaq gözləməyin. Yeməyəndə başım xarab olur. 80-100-90 ölçüdəyəm".
Xatirə İslam: "Ölçüm 40-42-dir. Natavanın toyunda 36 geyindim. Yemədim arıqladım, nə olacaq? Qida qarşısında çox zəifəm".
Röya Ayxan: "İlhamə Quliyevaya bir az oxşayıram deyirlər. Amma mən elə oyam. Ölçüm 36-dır. Aşağım 90-dır, arada 110-da ola bilər".
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub