Azərbaycanlı müğənni Lətifə Soyuöz bir müddət öncə verilişlərin birinə açıq-saçıq geyimdə çıxmasına münasibət bildirib.
"Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, o, səhnə geyimlərində sərhəd tanımır:
"Əslində səhnə geyimlərində sərhəd olmamalıdı. Çünki bu səhnədir. Mən xoşlayıram ki, zövqlü geyinim. Bunun üçün mənimlə Azərbaycanın ən yaxşı dizaynerləri çalışır. İstəyirəm ki, tamaşaçı qarşısına gözəl, fərqli çıxım. Bir müddət öncə müzakirələrə səbəb olan qısa şortumun üstündə xələt vardı, amma tənqid olundum. Məndən sonra bir çox qadın müğənnilər efirlərə qısa geyimlərdə çıxdılar. Sanki açılışı mən etdim. Mənim bu mövzum çox şişdi. Bunu heç gözləmirdim. Çünki 5 ildən çox idi ki, verilişlərə qısa şortda çıxırdım. Məndən sonra bir çox müğənnilər qısa geyimdə efirdə oldular, amma müzakirə olunmadılar”.
L.Soyuöz daha sonra bildirib ki, qısa geyimdə efirinə qatıldığı aparıcı Elgiz Əkbər ondan üzr istəyib:
"Verilişdən 2 gün sonra Elgiz məndən üzr istədi. Ondan sonra da söhbət bağlandı. Elgiz bəy mənə dedi ki, gözləmirdim ki, mövzu bu qədər şişsin. Üzr istəyib dedi ki, doğrudan da sən sənətinlə hər zaman öz sözünü demisən. Yəni bu söhbət olmamalı idi".
Qeyd edək ki, E.Əkbər bir müddət öncə verilişində qonaq olan L.Soyuözə "Geyimin çox qısadı, baxanda çox utandım. Bütün hamısı bayırdadı”, sözlərini demişdi.
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub