Baş rollarda Halit Ergençlə Bergüzar Korelin oynadığı "Min Bir Gecə" serialının çəkilişlərinin aparıldığı Hekimbaşı Saleh Əfəndi villası dağıdılıb.
Metbuat.az xəbər verir ki, aktrisa onun üçün doğma olan məkanının dağıdılmasına təəssüfləndiyini gizlətməyib:
"Tarixi tikili idi, o villada çoxlu filmlər çəkilib. Biz də orada çox çəkiliş aparmışıq. Xəbəri görəndə də çox üzülmüşük. Tarixi irsimiz getdi. Təəssüf".
Bərgüzar Korel Türk seriallarına qoyulan Ərəb embarqosuna əhəmiyyət vermədiyini də sözlərinə əlavə edib: "Bu məsələ üzərində çox düşünməmək lazımdır. Onsuz da Ərəb dünyası Türk serialları üçün çox böyük bazar deyil”.
Latın Amerikada seriallarımız daha geniş auditoriyaya çatır. Balkanlarda da eyni şəkildə. Argentinada da böyük pərəstişkar ordumuz var. Hətta mənim klubuma da gəldilər. Çox təəccüblənmişdim".
Qeyd edək ki, bundan başqa, baş rollarda Halit Ergenç, Tuba Büyüküstün və Nejat İşlerin oynadığı "İstanbul Qırmızısı" Boğazın ən diqqət çəkən abidələrindən olan həmin villada çəkilmişdi.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub