Müğəni Lətifə Soyuöz həmkarı Sevda Yahyayeva ilə aralarında olan inciklikdən danışıb.
Mynews.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan sənətçi bildirib ki, Sevda ona qarşı düzgün addım atmayıb:
“Şou-biznesdə elə bil yeni dəb var, məşhurlar sosial şəbəkədə izlədiyi şəxslərin sayını sıfıra endirir. Bu da mənə çatmır. Bizim yerli ulduzlarımızdan fərqli olaraq Madonna, Beyons öz dostlarını, həmkarlarını izləyirlər (gülür). Bizdə bu kompleks, eqo var. Bu da mənə çatmır. Mənim həyata baxışım tamam başqadır.
Əslində Sevdayla heç bir problemim olmayıb. Onsuz da biz gec-gec rastlaşan həmkarlarıq. Amma Novruz bayramının çəkilişində qarşılaşdıq, şəkil çəkdirdik. Daha sonra o məni, mən onu İnstaqramda izləməyə başladıq. Sonra gördüm ki, məni izləmədən silib.
İndi xüsusi proqramlar var, hər şeyi bilmək olur. O məni izləmədən siləndən sonra mən də sildim. Bütün bunlar önəmsizdir. Mənə yaxın olan insanların hərəkəti məni incidə bilər, Sevdanın yox”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub