Paksitanda 24 yaşlı müğənni Samina Samunu (Sindhu adı ilə çıxış edirdi) səhnədə konsert zamanı rəqs etməkdən imtina etdiyi üçün güllələyiblər.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, hamiləliyinin altıncı ayında olan müğənni konserti zamanı ayaq üstdə oxumaqda çətinlik çəkib.
İfaçı köməkçisindən səhnəyə stul gətirməyini xahiş edib. Sənətçi oturaraq mahnılarını ifa edib, onu izləyən tamaşaçılar isə buna etiraz edib.
Səhnəyə çıxan üç kişi etiraza məhəl qoymayan Simonun başından pul tökməyə başlayıb və müğənni ayağa durmağa məcbur olub.
Daha sonra Tarik Catoy müğənnidən rəqs etməyi tələb edib. Lakin rədd cavabı aldıqda ifaçıya tapançadan atəş açıb. Samina Samun xəstəxanaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.
Müğənninin qatili polis tərəfindən saxlanılıb.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub