"Çox təəssüf ki, Azərbaycanda istirahət üçün harasa gedəndə, istirahət mərkəzləri, əyləncə məkanları ancaq xarici mahnıları səsləndirir. Hətta alış-veriş üçün ticarət mərkəzlərinə gedəndə də eyni halla rastlaşırıq. Bu faciədir".
BiG.AZ xəbər verir ki, Bu fikirləri müğənni Səbinə Əskərovaya deyib. Sənətçi bu vəziyyətdən narazı olduğunu gizlətməyib:
"Hara gediriksə türk, rus və ya Avropa mahnıları səslənir. Niyə axı öz sənətçilərimizə qarşı biganəyik? Təəssüf ki, radiolarda da eyni hal və ya buna oxşar hallar çoxdur. Uzağa getməyək, bizə ən yaxın olan Türkiyəyə baxın. İstənilən istirahət mərkəzinə getdikdə ancaq türk mahnıları səslənir. Tək-tük xarici mahnı verirlər. Ora gələn xaricilər də istər-istəməz türk mahnısı dinləmək məcburiyyətində qalır. Bu özü də mədəniyyətə, musiqiyə, incəsənətə olan dəstəkdir. Çox istərdim bu Azərbaycanda da belə olsun".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub