Aktyor İslam Mehrəliyev 10 il bundan əvvəl "Zarafatsız" proqramında yayımlanan süjetinə görə tənqid edilib.
Mynews.az axşam.az-a istinadən bildirir ki, İslamın Leriklə bağlı dediyi sözlər lerikliləri qəzəbləndirib. Görüntü sosial şəbəkədə paylaşılaraq müzakirələrə səbəb olub.
Mehrəliyev "5/5" verilişinə gələrək leriklilərdən üzr istəyib:
"Azərbaycanın aktyoruyam, Lerik də ölkəmizin bir parçasıdır. Bizim operatorumuz, ssenaristimiz Lerikdəndir. Nə bilim ki, 10 ildən sonra bu, mənim başımda partlayacaq.
Heç kəsi təhqir etməmişəm. Üzümü Lerik camaatına tuturam. Əgər məni pis başa düşmüsünüzsə, artıq dərəcədə üzr istəyirəm. Vallah, təhqir etməmişəm. "Qələt elə" səhv deməkdir, lap qələt eləmişəm.
Öz sənətimizin içində olan insanlar gözügötürməməzlikdən bunu ortaya atıblar".
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub