"Aygün Kazımova bir əfsanədir, ölməzdir. Amma mənə qarşı çox böyük kompleksi var”.
Mynews.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə əməkdar artist Röya Ayxan "Baku.ws” saytına açıqlamasında bildirib.
R. Ayxan xalq artistinin həmişə hörmətini saxladığını və bundan sonra da saxlayacağını söyləyib:
"Aramızda anlaşılmazlıqlar olub, ona qarşı pis hərəkətlərim olub. Bu yaxınlarda guya mənə qarşı jest etdi. Mənim 15-16 yaşımda olarkən, burnu yekə, eybəcər kadrlarımı paylaşıb. Bu jestdir? Jesti mən edirəm.Tədbirlərdə hər dəfə onu görəndə yaxınlaşıb salam verirəm. "Altın Kelebey”i qazandım, onu paylaşardı, məni təbrik edərdi. Onda deyərdim ki, mənə jest edib”.
Sənətçi həmkarının Azərbaycan musiqi aləmində çevrilişlər etdiyini, tarix yazdığını vurğulayıb:
"O gözəl xanımdır, şou qadınıdır. Amma yanındakılara qulaq asmasın. Bundan sonra mənim haqqımda nə danışsa, ona cavab verməyəcəm. Ağıllı davransa, ağıllı davranacağam. Mənim kimi ağıllı dostu yoxdur. Amma istəsəydi vaxtında olardım”.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub