Tanınmış aparıcı Mətanət Əliverdiyeva qarderobundan danışıb. Heç vaxt qısa ətək xoşlamadığını deyən aparıcı belə geyimlərin ona yaraşmadığını bildirib.
Mynews.az xəbər verir ki, Yenicag.az-a açıqlama verən M.Əliverdiyeva açıq-saçıq geyinən müğənnilərdən də danışıb:
“Mən bilirəm ki, mənə nə yaraşır, nə yaraşmır. Heç vaxt qısa ətək geyinmirəm. Ayaqlarım toppuşdur deyə mənə yaraşmır, həm də qısa ətəkdə özümü rahat hiss etmirəm. Buna görə də çox vaxt uzun ətəklər geyinirəm. Amma qısa ətək, dekolte və ümumiyyətlə, açıq-saçıq geyinən xanımlara pis baxmıram. Yaraşır, geyinirlər. Məsələn, Lətifə Soyuözü çox bəyənirəm. Toppuş xanımdır, açıq-saçıq geyimlər ona çox yaraşır. Röya o vaxt ATV-dəki verilişimə gələndə, hərə bir söz danışırdı. Ay balam, bu xanım səhnə adamıdır, üstəgəl də hər cür geyim onu gözəl göstərir. Bir dəfə də Elnarə Xəlilova hovuzda şəkillər çəkdirmişdi, qızı az qala topa tutdular. Adam neyləməlidir? Hovuzda başqa necə şəkillər çəkdirməliydi ki? Cennifer Loppez soyunur, min hoqqadan çıxır, bizimkilər də baxıb ağızlarının suyunu axıdırlar. Amma bizim məşhurlardan biri peşmandır qısa ətəklə fotosunu paylaşsın, başlayırlar sosial şəbəkədə, söyüş yağdırmağa. Hamısı paxıllıqdandır. Həmin adamlar özləri o açıq-saçıq geyinən xanımların yerində olmaq istəyir. Mən paxıl insan deyiləm, xoşum gələndə, xanımlara komplimentlər edirəm. Gərək insanın içi paxıl olmasın”.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub