"İşte benim stilim" dəb yarışmasında iştirak edən azərbaycanlı Dəniz Sərxanova oğurluqda ittiham edilib.
Mynews.az-ın məlumatına görə, Bahar Candan qarderobdakı ayaqqabılarının Dəniz tərəfindən oğurlandığını iddia edib. Buna əsəbiləşən Dəniz studiyada qışqırıb. Daha sonra digər iştirakçılardan Aybüke də Dənizin oğurluq etdiyini bildirib.
İttihamlara cavab vermək istəyən həmyerlimiz studiyanın arxasına keçərək qarderobundakı ayaqqabıları göstərib. Münsiflərin də qarışdığı hadisədə Dənizin ayaqqabı oğurlamadığı üzə çıxıb.