Xalq artisti Zülfiyyə Xanbabayevanın İnstagram səhifəsində paylaşdığı foto müzakirələrə səbəb olub. Bəziləri şəklin Fotoşop olduğunu yazıb, bəziləri isə xalq artistinin tanınmaz dərəcədə dəyişdiyini vurğulayıblar.
Mynews.az xəbər verir ki, müğənninin prodüseri Nigar Hacızadə Yenicag.az-a açıqlamasında həmin fotoların layihə çərçivəsində çəkildiyini bildirib:
“Bu insanlara anlatmaq olmur ki, bu fotolar böyük bir layihəyə aiddir, albom üçün hazırlanıb. Lakin hərə bir söz yazır. Kimi bu şəkillərin Fotoşop olduğunu, əslində Zülfiyyə arıqlamadığını deyirlər. Bəziləri də yazır ki, Zülfiyyə Xanbabayeva fotolarını çəkməyə icazə vermir. Zülfiyyə həqiqətən də arıqlayıb, Fotoşopun bura heç bir dəxli yoxdur. Bu yaxınlarda seçki günü konsertdə bunu hamı da gördü. Sadəcə efir onu kök göstərir. Digər tərəfdən həqiqətən də Zülfiyyə küçədə şəkillərinin çəkilməsinin tərədarı deyil. Gözü qıyılmış, ağzı açıla qalmış fotoları çəkib yayırlar. Təbii ki, insan oxuyanda ağzı açıq olur. Belə vəziyyətdə şəkil çəkmək axı nəyə lazımdır? Buna etiraz edəndə də insanların xoşuna gəlmir. Onlar da qisas almaq üçün küçədə fotolarını çəkib yayırlar”.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub