Aparıcı Vüsalə Əlizadə keçmiş həyat yoldaşı Azər İsmayılovun onunla barışması xəbərlərinə üstüörtülü şəkildə cavab verib.
Mynews.az-ın məlumatına görə, Azərin Vüsalə ilə bağlı tez-tez paylaşım etmələri onların barışması iddialarına səbəb olmuşdu. Vüsalə isə məlumatın doğru olmadığını bildirib: “İnsanlar sevdikləri şeyləri məhv etməyə, məhv etdikləri şeyləri yenidən sevməyə meyillidirlər. Amma çox vaxt unudurlar ki, daldan atılan daş topuğa dəyər. Hər kəsə hörmətlə yanaşıram. Bu, hər zaman belə olub. Mənim kiməsə deyiləcək sözüm olanda onu şəxsən özünə çatdıracaq qədər cəsur qadınam. Saman altdan su yeridib, yersiz mesajlar göndərmək mənlik deyil. Reklamlı şəkildə oyun oynamağı da şərəfimə sığışdırmıram. Xahiş edirəm, fikrini beynimə belə yaxın buraxmadığım mövzulara yozmayasınız”.
Qeyd edək ki, Azər və Vüsalə cütlüyü 2013-cü ildə ayrılıb. Onlar qalmaqallı şəkildə boşanmışdılar. Cütlüyün Dilək adlı bir qız övladı var. Azər 2016-cı ildə ikinci dəfə ailə qurub.

1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub