Aparıcı Vüsalə Əlizadə keçmiş həyat yoldaşı Azər İsmayılovun onunla barışması xəbərlərinə üstüörtülü şəkildə cavab verib.
BiG.AZ-ın məlumatına görə, Azərin Vüsalə ilə bağlı tez-tez paylaşım etmələri onların barışması iddialarına səbəb olmuşdu. Vüsalə isə məlumatın doğru olmadığını bu şəkildə bildirib:
“İnsanlar sevdikləri şeyləri məhv etməyə, məhv etdikləri şeyləri yenidən sevməyə meyillidirlər. Amma çox vaxt unudurlar ki, daldan atılan daş topuğa dəyər. Hər kəsə hörmətlə yanaşıram. Bu, hər zaman belə olub. Mənim kiməsə deyiləcək sözüm olanda onu şəxsən özünə çatdıracaq qədər cəsur qadınam. Saman altdan su yeridib, yersiz mesajlar göndərmək mənlik deyil. Reklamlı şəkildə oyun oynamağı da şərəfimə sığışdırmıram. Xahiş edirəm, fikrimi beynimə belə yaxın buraxmadığım mövzulara yozmayasınız”.
Qeyd edək ki, Azər və Vüsalə cütlüyü 2013-cü ildə ayrılıb. Onlar qalmaqallı şəkildə boşanmışdılar. Cütlüyün Dilək adlı bir qız övladı var. Azər 2016-cı ildə ikinci dəfə ailə qurub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub