İngiltərədə məşhur süpermarket şəbəkələrindən biri ALDI-dan paketlənmiş banan alan 67 yaşlı qadın, içindən əqrəb çıxınca şoka düşüb.
Əqrəbi yaxalayan qadın supermarketə gedərək şikayət edib.
Linda Pollard adlı qadın içində 5 ədəd banan olan bağlı paketi evdə açarkən içindən böyük bir əqrəb çıxıb. Şikayət sonrası supermarketlər şəbəkəsi üzr istəyərək, qadına 10 sterlinq dəyərində bir kupon verib.
Hadisəni araşdıran mütəxəssislər həşəratın bananların gətirildiyi Mərkəzi Amerikadakı Belizedə çox rastlanan bir "Slenderbrown" növlü əqrəb olduğunu açıqlayıblar. Bundan başqa əqrəbin zəhərli bir növdən olduğu da vurğulanıb.
Pollard hələ də qorxduğunu və evdə ikinci əqrəbin olması ehtimalını düşündüyü üçün tez-tez hər yeri yoxladığını sözlərinə əlavə edib.
milli.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub